Biz Kimik?

“Luxe Home” şirkəti öz fəaliyyətinə 2016-cı ildə Nərimanov rayonu ərazisində başlamışdır. Şirkət, 130 mənzildən ibarət olan A və B bloklarını artıq sakinlərinin istifadəsinə vermişdir. Hazırda layihə çərçivəsində növbəti binaların inşası prosesi davam etməkdədir. Şirkət müştərilərinə yeni binalarında da Premium Class mənzillər təklif etməkdədir. Layihənin yerləşdiyi ərazi şəhəriçi olmasına baxmayaraq ekoloji cəhətdən təmiz və geniş, həmçinin sıxlıq və səs küydən kənardır. Mənzillərin peşəkar layihələnməsi, cəlbedici və memarlıq üslubu eksteryeri, Heydər Əliyev Mərkəzi kimi möhtəşəm tikililərə və dənizə açılan mənzərəsi zövqünüzü oxşamaqla qalmayıb, sizə daimi elitar dasınmaz əmlaka sahib olduğunuzu xatırladacaqdır. Mənzillərimiz tələb olunan normalar üzrə: təbii işıqlanma, səs və istilik izolyasiyası, təbii havalanma, divarların tam ekoloji konstruksiyadan inşa edilməsi və s. tələblərə tam cavab verir. Binalarımızın yaxınlığında uşaq bağçası, məktəb, supermarket, aptek, poliklinika, xəstəxana və s. ictimai iaşə obyektləri fəaliyyət göstərir. Yaşayış kompleksi Heydər Əliyev mərkəzinə 5 dəqiqəlik piyada, Nəriman Nərimanov metrostansiyasına isə 5 dəqiqəlik avtomobil yolu məsafəsindədir.

Üstünlüklərimiz

Satış Şərtləri

İlkin ödəniş 50%, qalıq məbləğ 12 ay müddətinə

100% ödənişdə endirim

Qalereya

Əlaqə

İsmayıl Hidayətzadə küçəsi 130

Mənzil Planları